2023-cü ilin aprel-iyun aylarında rusiyalılar ən çox diversiya qruplarının fəaliyyətindən qorxublar.
“AzPolitika.info” xəbər verir ki, bunu “Milli həyəcan indeksi – KROS" layihəsinin müəllifləri rusiyalılar arasında keçirdikləri sorğunun nəticələri barədə hesabatlarında qeyd ediblər.
Sorğu göstərib ki, rusiyalıların ən çox qorxduğu ikinci hadisə “Vaqner”-in 23-24 iyun qiyamı olub. Növbəti sırada Ukraynanın əks-hücumu, nüvə müharibəsi təhlükəsi və təbii fəlakətlər gəlir. Təhlükələr siyahısına həmçinin səfərbərlik və alkoqoldan zəhərlənmə ehtimalı da daxildir.
“AzPolitika.info”


Şərhlər