Azərbaycan Prezidenti İlham Əliyev Mövlam Şixəliyevin, Sahib Ələkbərovun və Yasin Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Bakı Hərbi Məhkəməsinin təqdimatları əsas götürülərək imzalanıb.
Sərəncama əsasən, Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.
Sahib Yunus oğlu Ələkbərov və Yasin Seyfulla oğlu Məmmədov “Vətən uğrunda” medalından məhrum ediliblər.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


Şərhlər
Rusiya... ilə əlaqələrinə görə polkovnik-leytnant Fuad İsgəndərov da nəzərdən keçirilməlidir, hal-hazırda Azərbaycanın İsveçrədəki səfiri rolunda Rusiyaya xidmət etməkdə davam edir. Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəsi qismində uğurla Ermənistanın və Rusiyanın marqlarına xidmət edib.Elə Rusiyaya yaxınlığına görə, 2005-ci ildəkeçmiş MTN-dən bayıra atılıb. İ.... keçmiş nazir Mammedyarovun dəstəyi ilə Xİn*də yenidən yuva salıb və köhnə əməllərini davam etdirib.
bəs elmar məmmədyarov, ramin həsənov, karamazov qardaşları.... xalaf xalafov, nadir hüseynov, xin-də rütbəsi əlindən alınmalı çoxlu adamlar var...
Bəs onlara bu əməllər törətmək barədə göstəriş verənlər və bu əməllərə göz yumanlar?Nİyə məsələ tam araşdırılmır? Axı onlar əmr quludurlar.Bəs əmr verənlər?