Menu

Rusiya ordusu Xerson vilayətini atəşə tutub - Ölən və yaralananlar var

26.07.2023, 09:49
Rusiya ordusu Xerson vilayətini atəşə tutub - Ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri ötən gün Ukraynanın Xerson vilayətini 55 dəfə atəşə tutub, nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Report" “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin açıqlama verib.

Vilayət ərazisinə minaatanlardan, artilleriya qurğularından, QRAD, tank, aviasiya, tank əleyhinə raket sistemləri və PUA-lardan ümumilikdə 300 mərmi atıldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol