Menu

Bakıda 21 yaşlı oğlan qətlə yetirilib

26.07.2023, 14:00
Bakıda 21 yaşlı oğlan qətlə yetirilib

İyulun 26-də saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən  bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi onun iş yoldaşı 2002-ci il təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib.

R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol