Menu

Terror aksiyası planlaşdıran 2 PKK üzvü yaxalandı - FOTO

26.07.2023, 15:10
Terror aksiyası planlaşdıran 2 PKK üzvü yaxalandı - FOTO

Türkiyə Daxili İşlər Nazirliyi İstanbulda terror aksiyası keçirmək istəyən 2 PKK üzvünü həbs edib.

“AzPolitika.info” xəbər verir ki, Başakşehirdə keçirilən əməliyyatla terror təşkilatı PKK-nın iki üzvü “Sterk Evindar” kod adlı Fatimə Əl Musa və Velat Jamonu saxlayıb.

Təhlükəsizlik güclərinin əldə etdiyi məlumata görə, Fatimə Əl Musa 2011-ci ildə Suriyanın Racu bölgəsində PKK terror təşkilatına qoşulub. O, Suriyanın Kobani və Qamışlı bölgələrində silahlı fəaliyyətlərdə iştirak edib. Həmin il o, təşkilatın 25 üzvü ilə Şimali İraqdakı Qara bölgəsində 6 aylıq hərbi təlim keçdikdən sonra Qəndil bölgəsinə gedib.

Onun 5 ilə yaxındır Qəndildə qaldığı və burada partlayıcı hazırlama, müxtəlif hücum əməliyyatları və döyüş növləri üzrə təlimlər aldığı, daha sonra isə PKK-nın “Haki Karer” adlandırılan məktəbinə tağım komandiri təyin edildiyi bildirilir. Onun 2017-ci ildə İraqın şimalından Afrinə, oradan isə qeyri-qanuni yollarla İstanbula gəldiyi müəyyən edilib.

Həmçinin bildirilib ki, sensasiyon aksiya axtarışında olduğu təsbit edilən Vedat Camoun isə Suriyanın Afrin bölgəsində terror təşkilatına bağlı Heze Cevheri adlı təşkilatda bir müddət regional menecer kimi fəaliyyət göstərdiyi müəyyən edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol