Menu

Avtomobillərin utilizasiyası üzrə operator müəyyənləşib

27.07.2023, 15:14
Avtomobillərin utilizasiyası üzrə operator müəyyənləşib

"Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətinə yeni səlahiyyət verilib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 iyun tarixli 928-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanda əksini tapıb.

Fərmana əsasən, "Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator müəyyən edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol