Menu

“ABŞ-ın Ukraynadakı hərbçiləri hərbi əməliyyatlarda iştirak etmir” - Ağ Ev

29.07.2023, 08:08
“ABŞ-ın Ukraynadakı hərbçiləri hərbi əməliyyatlarda iştirak etmir” - Ağ Ev

“Ukrayna ərazisində yerləşən ABŞ hərbçilərindən heç biri döyüş əməliyyatlarında iştirak etmir”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, bununla bağlı Amerika Prezidenti Cozef Bayden açıq şəkildə bəyanat verib:

“Sizi əmin edə bilərəm ki, onların heç biri ukraynalı əsgərlərlə birlikdə hərbi əməliyyatlarda və ya döyüş meydanında iştirak etmir. Amerika Prezidenti Cozf Bayden açıq şəkildə bildirdi: ABŞ qoşunları Ukraynada müharibədə iştirak etməyəcək. Onlar bunu etməyiblər və etməyəcəklər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol