Menu

Antalyanı rekord sayda turist ziyarət edib

30.07.2023, 23:00
Antalyanı rekord sayda turist ziyarət edib

Dünyanın ən çox turist qəbul edən bölgələrindən olan Türkiyənin Antalya şəhərinə 2023-cü ilin əvvəlindən iyulun 29-na kimi 8 milyondan çox xarici ölkə vətəndaşı gəlib.

“Report” xəbər verir ki, bu barədə Antalya valisi Ersin Yazıcı bildirib.

Onun sözlərinə görə, şəhərə 8 milyon 11 min 828 turist gəlib ki, bu da yeni rekord göstəricidir.

Bundan əvvəlki rekord göstərici 2019-cu ildə qeydə alınıb. O zaman Antalyaya 8 milyon 4 min 11 turist gəlmişdi.

Həmçinin şənbə günü təyyarə ilə Antalyaya gələn turistlərin sayına görə yeni rekord qeydə alınıb: 100 min 40 turist.

Şərhlər

Moshu 2023-07-31 06:21:47

Bəs görəsən bizim Mədəniyyət nazirliyi hansı azara tutulub? Təkcə rüşvət və korrupsiya girdabındamı boğulmalıdır? Bizim media mənsubları Türkiyənin göstəricilərini niyə onların gözlərinə soxmurlar? Yuxudan oyanmaq vaxtıdır ay cənab nazir. Dünya fil düzəldəndə biz pişik siçan oyunu ilə məşğuluq. Bizim Xəzər dənizimiz niyə belə yetim qalıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol