Menu

Ukraynada PUA istehsalı sıçrayışla artır - Müdafiə naziri

31.07.2023, 08:15
Ukraynada PUA istehsalı sıçrayışla artır - Müdafiə naziri

Ukrayna hökuməti silah və texnikanın layihələndirənlər və istehsalçılar üçün prosedurları sadələşdirməyə nail olub. Bu, dronların istehsalında əsl sıçrayış yaratdı.

APA-nın “Ukrinform“a istinadən verdiyi xəbərə görə, bunu müdafiə naziri Aleksiy Reznikov bazar günü, iyulun 30-da Yerli və Regional Hakimiyyətlər Konqresinin iclasında deyib.

“Ukraynada dronların istehsalında əsl sıçrayış var. Bizim siyasətimiz sayəsində Ukrayna özünü zireh, dəbilqə, uniforma, ayaqqabı və s. ilə müstəqil şəkildə təmin edə bilir” – Reznikov bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol