Menu

"Vaqner" yeni döyüşçü qəbulunu dayandırıb və hərbçilərini məzuniyyətə göndərib - Priqojin açıqladı

31.07.2023, 11:59
"Vaqner" yeni döyüşçü qəbulunu dayandırıb və hərbçilərini məzuniyyətə göndərib - Priqojin açıqladı

"Vaqner" özəl hərbi şirkəti yeni muzdlu döyüşçülərin qəbulunu dayandırıb və hərbçilərinin əksəriyyətini məzuniyyətə göndərib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə qrupun rəhbəri Yevgeni Priqojin məlumat verib.

"Kadr çatışmazlığı yaşamadıqca, qrupa əlava insanlar qəbul etməyi planlaşdırmırıq. Döyüşçülərimizin çoxu məzuniyyətdədir. Çünki bundan əvvəl çox gərgin işləri var idi", - deyə Priqojin bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol