Menu

Tanınmış jurnalist Rusiya səfirliyinə yumurta atdığı üçün saxlanılıb

31.07.2023, 14:17
Tanınmış jurnalist Rusiya səfirliyinə yumurta atdığı üçün saxlanılıb

Estoniyada rusiyalı müxalifətçi jurnalist Arkadi Babçenko saxlanılıb.

"AzPolitika.info" xəbər verir ki, polis onu Tallindəki Rusiya səfirliyinə yumurta atarkən yaxalayıb.

"Bu gün gecə yarısından sonra 1977-ci il təvəllüdlü şəxs Rusiya Federasiyasının səfirliyinin divarına yumurta atıb. Həmin şəxs patrul xidməti tərəfindən yerindəcə saxlanılıb, ona qarşı cinayət işi açılıb", - polisdən bildiriblər.

Qeyd edək ki, A.Babçenko polis əməkdaşları tərəfindən saxlanıldığını təsdiqləyib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol