Menu

Polşa sərhədini keçən ukraynalıların sayı 14 milyonu ötüb

02.08.2023, 14:19
Polşa sərhədini keçən ukraynalıların sayı 14 milyonu ötüb

Avqustun 1-nə olan məlumata görə, müharibədən sonrakı dövrdə Polşa sərhədini keçən Ukrayna vətəndaşlarının sayı 14 milyon 182 min nəfər olub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsinin sosial media hesabında paylaşılan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, təkcə avqustun 31-də Ukraynadan Polşaya 30 min 800 nəfər daxil olub. Polşanı tərk edən ukraynalıların ümumi sayının isə 12 milyon 399 min nəfər olduğu qeyd edilib.

Polşa hakimiyyətinin verdiyi açıqlamalara görə, hazırda ölkədə təxminən 2 milyon ukraynalı yaşayır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol