Menu

Rubl üzüaşağı gedir - Azərbaycan dövləti və soydaşlarımızın gəliri azalır...

02.08.2023, 17:36
Rubl üzüaşağı gedir - Azərbaycan dövləti və soydaşlarımızın gəliri azalır...

İyulun 6-dan bəri ilk dəfə Moskva birjasında dolların məzənnəsi 93 rublu ötüb.

“AzPolitika.info” xəbər verir ki, bu gün səhər dolların məzənnəsi 93,28 rubl təşkil edib (+0,91%).

Eyni zamanda, avro 1,2% bahalaşaraq 102,38 rubla yüksəlib.

Qeyd edək ki, rublun dəyişməsi Azərbaycanın qeyri-neft ixracında ən böyük ticarət tərəfdaşı olan Rusiya ilə iqtisadi əlaqələrə mənfi təsir edir. Dövlət Neft Fondunun bu ölkədə yüz milyonlarla dollar investisiyası var, vəsaitlər əsasən daşınmaz əmlak sektoruna yatırılıb. Həmçinin Fond aktivlərinin bir hissəsini rublda saxlayır ki, bu da onların əriməsinə gətirib çıxarır.

Rublun ucuzlaşmasından Azərbaycan sahibkarları və fermerləri də əziyyət çəkir. Bu ölkəyə kənd təsərrüfatı məhsulları göndərən iş adamları gəlirlərinin azalmasından, əhalinin alıcılıq qabiliyyətinin kəskin azalmasından şikayətlənirlər.

Rusiyada yaşayıb-işləyən, Azərbaycandakı ailələrinə pul göndərən soydaşlarımız da rulun dəyərsizləşməsindən narahatdırlar. Onların qazanc imkanları azalmaqla bərabər yaxınlarına göndərdiyi pul baratları dəyərsizləşir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Mühasib 2023-08-02 21:12:24

Rublun ucuzlaşmasının zərbaycana təsiri olmamalıdırÇünki Azərbaycanda rubl işləmir və xarici əməliyyatlar dollar və Yevro ilə aparılır.Sadəcə maliyyə işlərimiz qarışıq və ziyanlı aparılır.Məqsəd isə xaricə daşınmalardır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol