Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi Qara dənizin flora və faunasına ağır zərbə vurur.
“AzPolitika.info” xəbər verir ki, dünya alimləri Qara dəniz və Azov dənizi sahillərində çoxlu sayda tələf olmuş delfinlər aşkarlandığını bildirərək, həyəcan təbili çalırlar.
Ukrayna mətbuatında dərc edilən xəbərdə deyilir ki, işğal altındakı Krımda, Soçidə, Krasnodar vilayətində, hətta Bolqarıstanın Qara dəniz sahillərində çoxlu sayda tələf olmuş delfinlər aşkarlanıb. Ümumilikdə Rusiyanın başlatdığı müharibə ərzində tələf olmuş bu dəniz heyvanlarının sayının 50 minə çatdığı qeyd olunur.
Bildirilir ki, hərbi gəmilərin istifadə etdiyi yanacaqdan tutmuş atılan silahlara və su altında istifadə olunan radiodalğalara qədər hər şey dəniz heyvanlarının kütləvi məhvinə səbəb olur. Bununlıa yanaşı, bildirilir ki, Ukrayna müharibənin əvvəlilə müqayisədə Rusiya gəmilərini öz sahillərindən uzaqlaşdırandan və öz zərbələrilə onun hərbi donanmasının aktivliyini azaldandan sonra dəniz canlılarının tələfatı bir qədər səngiyib.
“AzPolitika.info”


Şərhlər
Qərargahı Dağıstanın Kaspiysk şəhərində yerləşən Rusiya Hərbi Dəniz Donanması da Xəzər dənizini ölü dənizə çevirmək üzrədir.Hövzə dövlətləri vaxtında səslərini çıxarmasalar Rusiya poliqona çevirdiyi Xəzər dənizini tam məhv edəcək.