Menu

Dövlət Departamenti Belarus və Polşa arasındakı münaqişədə NATO-nun rolunu şərh edib

02.08.2023, 23:38
Dövlət Departamenti Belarus və Polşa arasındakı münaqişədə NATO-nun rolunu şərh edib

“Şimali Atlantika Müqaviləsi Təşkilatı Polşanın Belarusa qarşı ittihamları ilə əlaqədar kollektiv müdafiə prinsipinin aktivləşdirilməsi variantını nəzərdən keçirmir”.

“Report” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə deyib.

“NATO ölkələrinin 5-ci maddəyə istinad etməsi prosesi var. Biz hazırda o vəziyyətdə deyilik”-deyə, o bildirib.

Qeyd edək ki, 5-ci maddə təşkilatın bir və ya bir neçə üzv ölkəsinə silahlı hücuma məruz qaldıqda kollektiv cavab tədbirləri nəzərdə tutur.

Avqustun 1-də Polşa Xarici İşlər Nazirliyi iki Belarus helikopterinin ölkənin hava məkanını pozduğunu bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol