Menu

Bu il Türkiyə Suriya və İraqın şimalında 950-yə yaxın terrorçunu məhv edib

03.08.2023, 13:16
Bu il Türkiyə Suriya və İraqın şimalında 950-yə yaxın terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri bu il yanvarın 1-dən bəri Suriya və İraqın şimalında 942 terrorçunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, son 1 həftədə 50 terrorçu məhv edilib.

Beləliklə, 2015-cü ildən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 38 min 285-ə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol