Menu

Çinin keçmiş XİN başçısının yoxa çıxmasının səbəbi ortaya çıxır – Hərbi sirlərin satışı...

03.08.2023, 14:25
Çinin keçmiş XİN başçısının yoxa çıxmasının səbəbi ortaya çıxır – Hərbi sirlərin satışı...

Çinin keçmiş xarici işlər naziri Qin Qanqın səbəbsiz yoxa çıxması və qəfil işdən çıxarılması ilə bağlı olduqca həssas və şokedici açıqlama ortaya çıxıb.

“AzPolitika.info” ABŞ-ın “The Epoch Times” qəzetinə istinadla xəbər verir ki, məşhur internet şayiələrinin əksinə olaraq, Qanqın süqutunun əsl səbəbinin hərbi sirlərin satışı və Çinin çox məxfi Raket Qüvvələri ilə bağlı potensial ikili agent qalmaqalı olduğu iddia edilir.

Çin Kommunist Partiyasının (ÇKP) yüksək rütbəli məmuruna yaxın mənbənin sözlərinə görə, Q.Qanq fərz edildiyi kimi, nikahdankənar əlaqəyə görə deyil, ÇKP-nin əsas tabusunun pozulmasında iştirak etdiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Onun bu hərəkəti Çin lideri Si Cinpinin də şübhəsinə səbəb olub.

Mənbə yüksək rütbəli Raket Qüvvələrinin zabitinin oğlunun ABŞ-a məxfi raket paylama xəritələrini satdığını açıqlayıb. ABŞ-dakı ÇKP agentləri sızma barədə Q.Qanqı məlumatlandırdılar, lakin o, hadisəni dərhal Si Cinpinə bildirə bilməyib. Bu gecikmə şübhələri artırıb və sonda onun işdən çıxarılmasıyla nəticələnib. Mənbə, həmçinin televiziya xəbərlərinin aparıcısı Fu Xiaotianı hadisə ilə əlaqələndirərək, onun Çin ordusunun xüsusi kəşfiyyat bölməsi olan Baş Qərargahın İkinci İdarəsində işləyən ikili agent ola biləcəyini irəli sürüb. İddiaya görə, F.Xiaotian həssas məlumatları təsadüfən ifşa edən sızma hadisəsini ört-basdır etmək üçün Qanqa yaxınlaşıb.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol