Menu

Fransa etiraz aksiyalarının ən fəal iştirakçılarının izlənməsini həyata keçirəcək

03.08.2023, 19:38
Fransa etiraz aksiyalarının ən fəal iştirakçılarının izlənməsini həyata keçirəcək

Fransanın daxili işlər naziri Gerald Darmanin ölkədə iğtişaşların təkrarlanmaması üçün fövqəladə tədbirlər görülməsinə çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Europe 1" radiosu məlumat yayıb.

Yerli jurnalistlərin məlumatına görə, o, iyun və iyul aylarında baş vermiş etiraz aksiyalarının ən fəal iştirakçılarının izlənilməsi barədə göstəriş verib.

Fransız jurnalistlərin əldə etdiyi sənəddə G.Darmanin öz tabeliyində olan şəxsləri iğtişaşlar zamanı zorakılıq aktlarının icraçısına çevrilmiş qrupların tapılması üçün lazım olan bütün vasitələri səfərbər etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol