Menu

“Ukrayna müharibəsini Putin idarə etmir” – “O, hansısa göstərişlər verə bilər, amma...”

04.08.2023, 13:43
“Ukrayna müharibəsini Putin idarə etmir” – “O, hansısa göstərişlər verə bilər, amma...”

“Rusiyada Ukrayna müharibəsini artıq Vladimir Putin yox, “çekist mafiyası” idarə edir”.

“AzPolitika.info” xəbər verir ki, belə bir açıqlama ilə tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib.

Jdanov hesab edir ki, Putin müharibənin və ümumilikdə ölkənin idarə edilməsi prosesindən müəyyən dərəcədə təcrid olunub və idarəçilik əsasən xüsusi xidmət orqanları rəhbərlərindən ibarət mafiyanın əlindədir.

Ekspert buna nümunə olaraq, “Vaqner” qiyamını və xüsusi xidmət orqanlarının, güc strukturlarının buna reaksiyasını göstərib: “Putin ola bilsin ki, hansısa göstərişlər verir. Amma bunlar tam icra vəziyyətinə çatdırılmır. Məsələn, mən tam əminəm ki, Putin həm Priqojinin, həm də “Vaqner”-in məhv edilməsinə dair əmr vermişdi. Ancaq bu əmr yerinə yetirilmədi...”

Jdanov deyib ki, hazırda məhz “çekist mafiyası” vəziyyəti mümkün qədər gərginləşdirib, Qərbdən hansısa güzəştlər qoparmağa və hərbi münaqişəni sona çatdırmağa çalışır. Onun fikrincə, bunu Qərbdə də yaxşı bilir və anlayırlar.

Qeyd edək ki, Qərblə aparılan gizli danışıqlarla bağlı mətbuata sızdırılan məlumatlarda da əsas etibarilə Rusiya xüsusi xidmət orqanları rəhbərlərinin adları keçir.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2023-08-04 22:01:39

Rusyada kölgə hakimiyyətidir,buna görə bütün rusya Sabçaka borcludur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol