Nazirlər Kabineti “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 1 iyul 2010-cu il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı kirayəçilər də iştirak edə biləcəklər.


Şərhlər
Bunu ən düzgün seçimi bələdiyələrə və yaxud icra hakimiyyətinə yadəki buna aid dövlət qurumlarına həvalə etmək lazımdır,onda dövlətin özü 5-6%-in budcəyə yığılan pulların şahidi olacaqlar,amma,amması odurki,həmin sahibkarlar bugünləri yerli icralardan tutmuş güc məmurlarına qədər söz sahibidirlər və həttda belə getsə yaxın gələcəkdə dövlətin gölgə hakimləri onlar olacaq.
Bildiyiniz kimi bu binaların əksəriyyətində elə sahibkarların qohumların adına evləri var,həmin evlərdə kirayə verilir və heç zaman sənədlə olmur çünki vergidən yayınırlar,amma məsələ burasındadırki,baş nazirin bu qərarı sahibkarlar üçün göydən düşmə oldu,bəlkədə bu qərarı elə həmin sahibkarların diktəsi ilə verilib,birdə bədbəxt vergilər anlaya bilmir bu yığılan vəsaitlər budcəyə yığılsa ən azından döblət budcəsinin 5-6%-ni təşkil edəcək.
Vallah belə saxta qərarları oxuyanda adamın bu ölkəmizə tam inamsızlıqı yaranır.Birinci çox mənzilli binalarda heç yerdə sakinlərin seçimi deyil,binanı tikən sahibkarlar saxta yollarla idarə heyətini yalnız sənəd üzərində seçirlər,bu zaman binadan özlərinə sərf edən adamı ortalığa atıb təkraran saxta qəbzlərlə nağ şəkulində pulları yığırlar.