Menu

Rusiya Ukraynanı öz silahı ilə vurur - FOTO

05.08.2023, 14:50
Rusiya Ukraynanı öz silahı ilə vurur - FOTO

Rusiya hər gün Ukraynaya hücum etmək üçün müxtəlif silahlardan istifadə edir. Burada vaxtilə Ukraynaya məxsus olmuş silahlar da var.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya vaxtilə Kiyevin Moskvaya qaz borclarını silmək müqabilində verdiyi bombalardan hazırda Ukraynaya qarşı istifadə edir. Rusların Ukraynanı vurmaq üçün bu raketlərdən istifadə etdiyinə dair sübutlar tapılıb.

Məlumata görə, 1999-cu ildə bağlanmış müqaviləyə əsasən, Ukrayna Rusiyaya 575 ədəd Kh-55 qanadlı raket, 8 ədəd Tu-160 və 3 ədəd Tu-95MS ağır bombardmançı təyyarələri verib.

Moksva isə bunun müqabilində Ukraynanın 275 milyon qrivna məbləğində olan qaz borcunu silib.

İndi, necə deyərlər, Moskva bu raketləri “geri göndərir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol