Menu

Simonyan və Sobçaka qarşı sui-qəsdi Ukrayna SBU planlaşdırıb? – 16 yaşlı qızın adı çəkilir

05.08.2023, 15:20
Simonyan və Sobçaka qarşı sui-qəsdi Ukrayna SBU planlaşdırıb? – 16 yaşlı qızın adı çəkilir

Kremlyönlü RT telekanalının baş redaktoru Marqarita Simonyana və “Caution Media” layihəsinin təsisçisi Kseniya Sobçaka qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı işdə 16 yaşlı Anastasiya adlı qız ittiham olunur.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti istintaq materiallarına istinadən məlumat yayıb.

Anastasiya barəsində həbs-qətimkan tədbiri seçilməyib. Çox güman ki, o, bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq işində şahid qismində dindiriləcək.

Cinayət işində 8 nəfərin adı var. Müstəntiqlər onların "Paraqraf 88" neonasist qruplaşmasının üzvü olduqlarını və miqrantları döydüklərini iddia edirlər. Eyni zamanda, Simonyan və Sobçaka qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərin həbsi ilə bağlı məhkəmə qərarından bəhs edilmir.

“Kommersant” yazır ki, miqrantların döyülməsi işi üzrə ittiham olunan müttəhimlər azyaşlı qızın rəfiqələrindən istifadə edərək qurbanları kimsəsiz yerlərə apararaq döyüblər. Onlar Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) və Rusiya xüsusi xidmət orqanlarının da diqqətini çəkdiyi iddia edilən videonu teleqramda yayıblar. Eyni zamanda, Rusiya tərəfinin məlumatına görə, SBU qrupa Simonyan və Sobçaka qarşı sui-qəsd hazırlamağı tapşırıb.

İşin ən azı iki epizodunda Anastasiyanın adı çəkilir. “Kommersant” yazır ki, biri 24 yaşlı Tacikistan vətəndaşının döyülməsi, ikincisi isə 21 yaşlı Özbəkistan vətəndaşına hücumla bağlıdır.

Qəzet qeyd edir ki, istintaq təqsirləndirilən şəxsləri ekstremist icmanın yaradılması və ya orada iştirakla bağlı məqalədə ittiham etməyi də planlaşdırır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol