Menu

Sloveniya Aİ və NATO-dan daşqınların nəticələrinin aradan qaldırılmasında kömək istəyir

06.08.2023, 22:07
Sloveniya Aİ və NATO-dan daşqınların nəticələrinin aradan qaldırılmasında kömək istəyir

Sloveniya hakimiyyəti güclü yağışlar nəticəsində baş vermiş ən böyük təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında kömək üçün Avropa İttifaqı və NATO-ya müraciət etmək qərarına gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında bildirilir.

Sloveniya Aİ-nin mülki müdafiə mexanizmi vasitəsilə yolların bərpası üçün avadanlıq almaq istəyir. Buraya 40 ekskavator, su axarlarının idarə olunması üçün 30 xüsusi maşın və 20 prefabrik körpü daxildir. NATO-dan isə 5 ton yükgötürmə qabiliyyətinə malik beş ağır hərbi helikopter, 200 əsgər və 20 prefabrik körpü istənilir.

Şərhlər

Abdal Abdullahlı 2023-08-06 22:38:50

Görəsən, hələ də məsuliyyətə cəlb edilməmiş erməni etnik terrorbaşı vətəndaşlarımız R.Köçəryan, S.Sərkisyan Kreml və Fransa nümayəndələri ilə BMT TŞnın qərarından yayındıqlarına görə NATOya hərbi işğaldan azadlıq üçün müraciət edə bilərdimi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol