Menu

Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb

08.08.2023, 12:55
Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb

Gürcüstanın Şovi kurortunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb.

“Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Son məlumatlara görə, avqustun 3-də baş verən sürüşmə nəticəsində körpülər dağılıb, Şovinin girişindəki yola ziyan dəyib. Xilasedicilər 210 nəfəri təxliyə ediblər. Uşaqlar da daxil olmaqla 15 nəfərin axtarışı aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol