Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Forbes”də yayımlanmış qərəzli məqaləyə münasibət bildirib.
APA xəbər verir ki, Hikmət Hacıyev Tvitter paylaşımında Euelina Oçabın müəllifi olduğu məqalənin reallığı təhrif etdiyini, birtərəfli olduğunu və Ermənistanın təbliğat maşını tərəfindən istifadə edildiyini qeyd edib.
“Euelina Oçab, sizin “Forbes”dəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə edilir. Bir insan haqları vəkili olaraq siz heç vaxt Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış milyondan çox azərbaycanlının hüquqları və ağır vəziyyətinə dair məsələ qaldırmamısınız. Azərbaycan Ermənistan tərəfindən dağıdıcı 30 illik hərbi işğaldan əziyyət çəkib. Ermənistanın yerləşdirdiyi milyonlarla minaların nəticəsində gündəlik olaraq azərbaycanlı mülki şəxslər mina terrorunun qurbanına çevrilirlər. Laçın yolu Ermənistan tərəfindən minaların qanunsuz daşınması üçün istifadə edilib”, - Prezidentin köməkçisi vurğulayıb.


Şərhlər
Hörmətli Hikmət müəllim,
ALmandilli ölkələrin (İsveçrə, Avstriya, Almaniya) mətbatında da Laçın yoluna dair erməniprərəst məqalələr dayanmadan çap edilir, bəs bizim səfirliklər hara baxır, onlar nə işlə məşğul olurlar? Bəs Xarici İşlər Nazirliyi hara baxır?!