Menu

İstanbulda avtobus aşdı - Çox sayda yaralı var

09.08.2023, 23:07
İstanbulda avtobus aşdı - Çox sayda yaralı var

Eyüpsultanda İstanbul hava limanında çalışan personalı daşıyan servis avtobusunun aşması nəticəsində 29 nəfər yaralanıb.

Hadisə yerində zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

Qəza axşam saatlarında Ağaçlı məhəlləsi, Ağaçlı kəndi yolu üzərində meydana gəlib. Avtobus sürücünün idarəetməni itirməsi nəticəsində altı metr hündürlükdən dərəyə yuvarlanıb.

Hadisənin səbəbləri araşdırılır. (Mənbə: Haber Global)

Şərhlər

Nəqliyyatçı 2023-08-10 14:02:59

İndi istehsal edilə nəqliyyat vasitələrinin eni yollarda hərəkətin təhlükəsizliyinə görə standarta uyğun ölçüdə layihəələndirilir.Amma son vaxtıar sərnişin avtobusları baqaj yerlərini genişləndirmək məqsədilə avtobusların hündürlüyünə diqqət vermir və bu da hərəkət və viraj zamanı avtobusların aşmasına və ya çevrilməsinə səbəb olur.. Bu məsələyə ciddi diqqət verilməlidir.Hətta heç bir lüzum olmadan 2 mərtəbəli avtobuslaristehsal edilir ki, bu da olduqca təhlükəlidi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol