Rusiya Ukraynada başlatdığı işğalın ardından kütləvi sanksiyalarla üzləşib və nəticədə rus rublu 2023-cü ildə ən çox dəyər itirən valyutları sırasına daxil olub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “Bloomberg” nəşrində yayımlanan məqalədə bildirilir.
Qeyd olunur ki, 2023-cü ilin yeddi ayı ərzində rubl dollar qarşısında 57, avro qarşısında isə 73 faiz dəyər itirib.
“Bloomberg”-in hesabatına görə, hazırda banklar orta hesabla bir dollara 97 rubl, avroya isə 107 rubl təklif edirlər.
Rus rublunun türk lirəsi və Argentina pesosu ilə birlikdə 2023-cü ildə ən çox dəyər itirən 3 valyutadan biri olduğu bildirilir.
Məqalədə vurğulanır ki, Rusiya valyutasının dəyəri ötən illə müqayisədə demək olar ki, iki dəfə azalıb. Buna dövlət xərclərinin artması, enerji gəlirlərinin azalması və xarici hesablara valyuta axının artması səbəb olub.
“AzPolitika.info”


Şərhlər