Azərbaycanda 2023-cü ilin yanvar-iyun aylarında avtomobil yollarında 780 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,8 faiz azalaraq 1056 nəfər olub. Onlardan 387-si həlak olub, 669-u isə yaralanıb. Hadisələrin 44,3 faizi gündüz, 39,4 faizi gecə, 16,3 faizi isə toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 24,7 faiz artaraq 293 nəfər, yaralananların sayı isə 7,5 faiz azalaraq 644 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 39,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 37,9 faizi nəqliyyat vasitələrinin və piyadaların, 23,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,7 faizini, yaralananların isə 73,2 faizini kişilər təşkil edir.


Şərhlər
Belə halların baş verməsi DİN-nin imtahan komissiyasında özbaşınalığın olmasıdır.Sürücülük vəsiqəsini rüşvətsiz almaq uzun məsələdir.Amma əvvəlcədən müraciətedib,tələb olunan məbləği verdikdə həmən vəsiqə imtahanıdan fiktiv keçirilirsən.Burada məktəb keçmək, hansısa sənəd təqdim etməyə lüzum qalmır.Ona görə sürücülük kursu bir növ rölkədə ləğv olana bənzəyir.belə halda sürücülük vəsiqəsi alanlar da qəalara səbəb olur.Bun DİN nədənsə diqqət verilmir və sürücülük vəsiqəsi həqiqətdə bazar qiymətinə satılır.Bunu hamı gördüyü,bildiyi halda sürücülük vəsiqəsi alveri davam edir.Bax bu da qəzalara əsas səbəbdir