Menu

XİN “Kommersant” qəzetində dərc edilmiş məqalədəki fikirlərə münasibət bildirib

11.08.2023, 18:05
XİN “Kommersant” qəzetində dərc edilmiş məqalədəki fikirlərə münasibət bildirib

Son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində “Ağdam-Xankəndi” yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiyanın “Kommersant” qəzetində dərc edilmiş məqalədə əksini tapmış fikirlərə münasibətində bildirlir.

"Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı.

Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub.

Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib.

Bununla yanaşı, qeyd edilən addımlar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək, bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir", - o deyib.

Şərhlər

Vətəndaş 2023-08-12 08:39:04

Daldan atılan daş topuğa dəyər.XİN əməli və vacib işlərlə məşöul olmalı,Azərbaycanın ciddi məsələləri ilə məşğul olmalıdır.XİN yatır və birdən ayılıb məktub yazmaqla işlədiyini göstərmək istəyir.Axı bunu hamı görür. Ayılmaq və aktiv həyata qoşulmaq və konkret iş görməyi bacarmaq vacibdir.Heç olmasa bədnam qonşulra baxın.Mİrzoyan gah Avropada,gah Amerikada,Rusiyada öz yalanlarına inandırır.Biz isə doğru ola-ola yatıb ara bir məktub yazmaqla məşğuluq.Vallah ayıbdır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol