“Erməni təbliğatına və Qərbdə ona dəstək verənlərə qarşı əlimizdə çoxlu arqument var, sadəcə onlardan kifayət qədər istifadə edə bilmirik”.
“AzPolitika.info” info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert misal kimi Ukraynanın Qərb üçün ən həssas və vacib mövzulardan olduğunu, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı rəsmi Kiyevin, o cümlədən Prezident Volodimir Zelenskinin yardım xahişlərinə müsbət cavab verdiyini xatırladır: “Prezident İlham Əliyev Ukrayna dövlətinə elektrik avadanlıqları üçün 7,6 milyon dollar ayrılması haqqında sərəncam imzalayıb. Yaxın vaxtlarda Azərbaycandan Ukraynaya yenidən generator və transformatorlar çatdırılacaq. Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə və bunu genişləndirməyə davam edəcək. Azərbaycan müharibədə zərər çəkmiş ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyasını həyata keçirir”.
Politoloq sual edir: “Bunlardan hansı birini Ermənistan Qərbin dəstəklədiyi Ukrayna üçün edir?” E.Şahinoğlu vurğulayır ki, Ermənistandakı siyasi qüvvələr və Qarabağdakı separatçılar Rusiyanın qorxusundan Ukraynanın adını çəkməyə belə çəkinirlər. “Bunlar varkən, Qərbdə səsimizin zəif çıxması anlaşılan deyil”, - o əlavə edib.
“AzPolitika.info”


Şərhlər