Menu

İdxal kəskin artıb, qiymətlər bahalaşıb – İqtisadçı səbəbləri açıqladı

12.08.2023, 20:19
İdxal kəskin artıb, qiymətlər bahalaşıb – İqtisadçı səbəbləri açıqladı

Bu ilin birinci yarısında Azərbaycanın idxal etdiyi məhsulların dəyərində kəskin artım müşahidə olunub. Belə ki, bu müddətdə 14 milyard 755 milyon dollarlıq ticarət dövriyyəsinin 35.7 faizini idxal təşkil edib. Bu 2023-cü ilin ilk yarısnda 8 milyard 198 milyon dollarlıq idxal deməkdir.

Qeyd edək ki, 2022-ci ilin ilk yarısında ümumi idxalımız 6 milyard 357 milyon dollar olub. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında ötən ilin uyğun dövrü ilə müqayisədə Azərbaycanın idxalı 22.5 faiz artıb.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, idxalın dəyərinin artmasında işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması prosesinin xüsusi payı olsa da belə, xaricdən daha çox məhsul gətirməyimiz valyuta axını baxımdan arzuolunan deyil: “İdxal ölkədən valyutanın çıxması anlamına gəlir. Bu eyni zamanda istehlak bazarında idxal inflyasiyasını da sürətləndirir. Rəsmi qiymətləndirmələrə görə, 12.2 faiz illik inflyasiyanın cəmi 3 faiz bəndi daxili tələbdən formalaşdırır. Digər hissəsi daha çox idxaldan asıllıq ilə bağlıdır. Bu baxımdan da idxalın optimallaşdırılması sadəcə valyutanın ölkədən çıxışının azaldılması deyil, həmçinin istehlak bazarındakı qiymətlərə təsirinin minimumlaşdırılması aspektindən də vacibdir”.

İqtisadçı onu da qeyd edir ki, idxalın artım stukturuna diqqət yetirəndə bir sıra dəyişikliklər diqqəti cəlb edir: “Bu müddətdə mal əti idxalı 2.6 dəfə, siqaretlər 34,5 faiz, məişət soyuducuları 68,6 faiz, minik avtomobilləri 38,8 faiz, buğda 23,1 faiz, dərman vasitələri 5,5 faiz, unlu qənnadı məmulatları 5,1 faiz, şokolad və şokolad məhsulları 2,6 faiz artıb. Xüsusən, mal əti idxalının kəskin artımı diqqətdən yayınmamalıdır”.

V.Bayramov hesab edir ki, bütövlükdə, idxalın optimallaşdırılması iqtisadi siyasətdə əsas prioritet hədəflərdən olaraq qalmalıdır.

“Son qlobal və regional dəyişikliklər bir daha təsdiq edir ki, istehlak bazarında idxaldan asıllığın minimumlaşdırılması həmçinin ərzaq təminatı və təhlükəsizliyi baxımdan da vacibdir” – deyə, o, vurğulayıb.

Rasim Əliyev

“Azpolitika.info”

Şərhlər

Cəmşid Dərələyəzli 2023-08-13 16:22:05

Nə qədər dəqiq statistikadır deyə bimərəm, amma idxal olunan məhsulların növlərinə ( mal əti idxalı 2.6 dəfə, siqaretlər 34,5 faiz, məişət soyuducuları 68,6 faiz, minik avtomobilləri 38,8 faiz, buğda 23,1 faiz, dərman vasitələri 5,5 faiz, unlu qənnadı məmulatları 5,1 faiz, şokolad və şokolad məhsulları 2,6 faiz) baxanda adam utanc hissi keçirir. Xüsusən də mal əti, buğda, siqaret, unlu qənnnnadı və şokalad məhsullarına görə. Əksəriyyəti də Kənd Təsərrüfatı məhsulları. O kənd təsərrüfatı ki, sovetlər dönəmində Azərbaycanın umumdaxili məhsulun yarıdan çoxu, bu sahənin payına düşürdü. Bunun səbəbi, sadəcə illərdir neftdən gələn gəlirlərin bir hissəsinin qeyri neft sektoruna, xüsusən də Kənd Təsərrüfatının inkişafına yönələndirilməməsidir.. İndi isə ölkədəki qiymət artımının idxaldan gələn məhsulların qiymətlərinin bahaləlığı ilə sığortalamaq sadəcə gülüncdür. Baxmayaraq ki, bu qiymət artımında manapoliyanın və inhisarşılğın da payı az deyil. Əgər bütün bu sahələr üzrə Ölkə Başçısının qarşıya qoyduğu hədəflər, aidiyyatı hökümət strukturları tərəfindən düzgün ələ alınıb, icra edilsə biz nəyin ki, Kənd Təsərrüfatı məhsulları sahəsində, hətta o biri göstəricilərlə bağlı da ölkənin idxal yükünü minumuma endirə bilərdik. O da iş, iş bilənlərə tapşırılsa əgər.

İqtisadçı 2023-08-13 15:37:02

Ölkə pqtisadiyyatı sənaye,iqtisadiyyatın nə olduğunu bilənlər tərəfindən idarə olunmalıdır.
Kiməsə qohum,yaxın qoruqçudan iqtisadiyyat çox uzaqdadırOna görə mportdan asılı vəziyyətdəyik.Bunun isə gələcəyi çox ağır olacaq.

Cahangir 2023-08-13 11:36:45

iri sənayesi.iri zavod-fabriki.kombinatları dağıdılmış ölkədə idxalın artması labüddür və realdır.Bəs o boyda şişirdilşiş İqtisad nazirliyi.Hökumət,Hakimiyyət niyə 30 ildir bunu düşünmür?Pambığı oıan ölkə tkstil ənayesini məhv etdi.İndı pambıq ixac məhsuluna çevrilib və gəlirin haa getdiyi bəlli deyil.Bunun kimi neft mşınqayırma və sair.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol