Menu

Tayvanda yeni “hava-hava” tipli raketin hazırlanmasına başlanılıb

13.08.2023, 12:19
Tayvanda yeni “hava-hava” tipli raketin hazırlanmasına başlanılıb

Tayvanın Çjunşan Elm və Texnologiya İnstitutu yeni “hava-hava” tipli raketin yaradılması üzərində işlərə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Taybey şibao” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, “TC-5” adlanan raket təxminən 160 km məsafə qət edəcək. Öz xüsusiyyətlərinə görə, o, Amerikanın orta mənzilli “AIM-120” raketinin analoquna çevrilməlidir.

Layihə Tayvanın “TC-2” raketinin texnologiyalarına əsaslanır. Onun Tayvanın layihələndirdiyi yeni nəsil qırıcıda istifadə ediləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol