Menu

Filadelfiyada idman meydançasında gənclərə atəş açılıb, ölənlər var

13.08.2023, 23:59
Filadelfiyada idman meydançasında gənclərə atəş açılıb, ölənlər var

ABŞ-nin Pensilvaniya ştatının Filadelfiya şəhərində basketbol meydançasında açılan atəş nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ABC-nin yerli bürosu məlumat yayıb.

Bildirilib ki, kimliyi bəlli olmayan 5 nəfər basketbol meydançasında toplaşan gənclərə atəş açıb. Yaralananlardan 2-si olay yerində, digəri xəstəxanada keçinib.

Hadisəni törədənlərin axtarışına başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol