Menu

"Ermənistan işğaldan azad edilən ərazilərə 1 milyondan çox mina yerləşdirib" - Prezidentin köməkçisi

14.08.2023, 21:16
"Ermənistan işğaldan azad edilən ərazilərə 1 milyondan çox mina yerləşdirib" - Prezidentin köməkçisi

Ermənistan Azərbaycanın işğaldan azad edilən ərazilərinə 1 milyondan çox mina yerləşdirib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, 2020-ci ilin noyabrından indiyədək 300-dən çox azərbaycanlı mina qurbanı olub.

"Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ermənistanın mina terroru davam edir", - H.Hacıyev vurğulayıb.

Şərhlər

t.ədalət 2023-08-14 23:30:11

İşğaldan azad edilmiş əraziləri Rusiya minalayır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol