Menu

Tarif Şurası dərmanların satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək

15.08.2023, 14:50
Tarif Şurası dərmanların satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək

Tarif Şurası gələn aya kimi dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən ““Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Tarif (qiymət) Şurası “Dərman vasitələri haqqında” qanunda nəzərdə tutulmuş dərman vasitələrinin sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərini, o cümlədən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol