Menu

“Ukrayna Rusiya tərəfindən ələ keçirilən ərazilərin müqabilində NATO-ya üzv ola bilər” - NATO rəsmisi

15.08.2023, 21:22
“Ukrayna Rusiya tərəfindən ələ keçirilən ərazilərin müqabilində NATO-ya üzv ola bilər” - NATO rəsmisi

“Ukrayna Rusiya Federasiyası tərəfindən ələ keçirilən ərazilərin müqabilində NATO-ya üzv ola bilər”.

Bu barədə Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibinin aparat rəhbəri Stran Yanssen bildirib.

“Düşünürəm ki, həll yollarından biri Ukraynanın ərazilərindən imtina etməsi və bunun müqabilində NATO-ya üzv olması ola bilər”, - Yanssen deyib.

O bildirib ki, Ukraynanın müharibədən sonrakı alyans kontekstində gələcək statusu ilə bağlı müzakirələr artıq davam edir. Xüsusilə, Kiyevin ərazisinin bir hissəsindən imtina etməsi də müzakirə mövzusudur: “Mən demirəm ki, belə olmalıdır. Amma bu, ağlabatan bir həll ola bilər”.

Şərhlər

Oxucu. 2023-08-15 21:58:45

Buda nato qağamız,elə belə demir bunu,ruslar qalib gəlsə nato bir aya öz daxilində ləğv oluna bilər,elə abş çıxsa belə bir təşkilatın qalması gülünc olardı,qara məni basınca mən qaranı basım məsələsidir,ukraynanın yarısıda getsin eyb eləməz,təki nato qalsın,məsləhətidə buna görə verir nato əməkdaşı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol