Menu

Türkiyə Sahil Mühafizəsi Yunanıstanın ölümə tərk etdiyi 44 qanunsuz miqrantı xilas edib

17.08.2023, 09:01
Türkiyə Sahil Mühafizəsi Yunanıstanın ölümə tərk etdiyi 44 qanunsuz miqrantı xilas edib

Türkiyənin İzmir şəhərinin Çeşme və Foça rayonları sahilində Sahil Mühafizəsinin gəmiləri rezin qayıqlarda hərəkət edən nizamsız miqrantları xilas ediblər.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

Bildirilib ki, sahil mühafizəsinin xilas etdiyi qaçqınlar Yunanıstan tərəfindən sıxışdırılaraq geri itələnən miqrantlardır.

Qanunsuz miqrantlar şəhər üzrə miqrasiya idarəsinə göndəriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol