Menu

Malayziyada təyyarə qəzası nəticəsində 10 nəfər ölüb

17.08.2023, 21:56
Malayziyada təyyarə qəzası nəticəsində 10 nəfər ölüb

Malayziyada yüngül mühərrikli özəl sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Bu barədə “Report” “Malay Mail” qəzetinə istinadən xəbər verir.

Qeyd edilir ki, Lanqkavi Beynəlxalq Hava Limanından havaya qalxan təyyarə Şah Alam şəhərində yaşayış massivində qəzaya uğrayıb. Polisin məlumatına görə, təyyarənin qəzaya uğradığı yerdə hadisə zamanı olan iki nəfər də daxil olmaqla, ümumilikdə 10 nəfər ölüb.

Malayziya Mülki Aviasiya İdarəsi yazılı açıqlamasında qəzaya uğrayan "Beechcraft Model 390" təyyarəsində 8 nəfərin olduğunu təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol