Menu

“Belarus bu halda nüvə silahından istifadə edə bilər” - Lukaşenko

17.08.2023, 23:06
“Belarus bu halda nüvə silahından istifadə edə bilər” - Lukaşenko

“Minsk Rusiyaya qarşı təcavüz olacağı təqdirdə ona verdiyi taktiki nüvə silahından istifadə edə bilər”.

"Qafqazinfo" xarici KİV-ə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə müsahibəsi zamanı deyib.

"Bu halda biz tərəddüd etməyəcəyik, bütün silah arsenalını çəkindirmək üçün istifadə edəcəyik", - deyə Lukaşenko bildirib.

Lukaşenko vurğulayıb ki, Belarus Ukrayna Silahlı Qüvvələri bu ölkənin sərhədini keçməyincə onunla qaynar münaqişəyə qoşulmayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol