Menu

Polisin xidməti avtomobilində alışma baş verib

18.08.2023, 00:35
Polisin xidməti avtomobilində alışma baş verib

Paytaxtın Yasamal rayonunda duracaqda olan post patrul avtomobilində alışma baş verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-ya bildirib ki, görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

İlkin məlumata görə alışma matorxanada qısaqapanmadan baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol