Menu

"Ukraynada prezident seçkilərində hərbçilərdən biri qalib gələcək" - Lukaşenko

18.08.2023, 00:56
"Ukraynada prezident seçkilərində hərbçilərdən biri qalib gələcək" - Lukaşenko

Ukraynada prezident seçkiləri keçirilərsə, o zaman hazırkı dövlət başçısı Vladimir Zelenski yox, hərbçilərdən biri qalib gələcək.

APA xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Sizə deyim: yaxın gələcəkdə seçkilər keçirilsə, hərbçilərdən biri qalib gələcək. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və ya başqası prezident olacaq”, - deyə Aleksandr Lukaşenko ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində deyib.

Lukaşenka bildirib ki, Ukraynada insanlar ölür.

"Ukrayna demək olar ki, hər şeyi itirir. Ukraynaya bu lazım deyil", - deyə Belarus lideri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol