Menu

Azərbaycan Ordusunun əsgərinin intihar səbəbi bilindi - YENİLƏNİB

18.08.2023, 15:26
Azərbaycan Ordusunun əsgərinin intihar səbəbi bilindi - YENİLƏNİB

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Asim Hamail oğlu Abbasovun özünü öldürməsinin ilkin səbəbi məlum olub.

İntiharın ailə-məişət zəminində baş vermiş hadisə ilə əlaqəli olduğu ehtimal edilir.

Ölüm faktının ordu və ya hərbi hissədə problemlə bağlı olmadığı bildirilir.(oxu.az)

***

Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb.

Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Şərhlər

Roma 2023-08-18 12:23:48

Görəsən niyə Müdafiə Nazirliyində vəziyyət belə həddədir ki, tez-tez intiharlar baş verir???...Tərtər hadisələrində əli cinayətə batmayan yüksək çinli zabitləri necə deyərlər barmağnan saymağ olar, hamısı da yüksək maaşla, bəlkə də Dövlət təminatında...O işgəncələr, zorakılığlar Tərtərdə baş verib, adamın heç ağlına da gəlməz...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol