Noyabrın 27-də Avropa Parlamentinin Strasburq sessiyasında “Aİ ölkələri Fələstinin müstəqilliyini tanımalıdırmı?” mövzusunda müzakirə keçiriləcək.
Müzakirənin başlanmasının səbəbkarları Nordik ölkələrinin sol qanadı və Sosial-Demokrat Partiyasıdır. Hələ ki, son qərarın hansı istiqamətdə olacağına dair yekun fikir səsləndirmək çox tezdir.
Nordik ölkələri Partiyasının ilkin sənədində “Bütün Aİ üzv dövlətləri 1967-ci il razılığı əsasında Fələstinin müstəqilliyini tanımalıdır” yazılıb.
Böyük ehtimalla Yaşıllar Partiyası da bu fikri dəstəkləyəcək. Lakin Avropa Parlamenti liberalları “Ortaq Aİ qərarının qəbul edilməsini daha doğru sayırlar.”
Mərkəz-sağçı Avropa Xalq Partiyası və mərkəz-solçu Sosial-Demokratlar “EUobserver”ə müsahibəsində hələ ki yekun sənədlərin hazır olmadığını bildiriblər.
Qeyd edək ki, ötən həftə İsveç Fələstinin müstəqilliyini tanıdı. Britaniya, İrlandiya və İspaniya parlamentariləri də öz ölkələrindən bu istiqamətdə addım atmaqlarını istəyiblər.
Dekabrın 2-də Fransa parlamentində də bu məsələ müzakirə olunacaq və səsverməyə qoyulacaq.
Bütün bu müzakirələr sırasında İsrailin nüfuzlu şəxsləri, incəsənət adamları Avropa Parlamenti üzvlərinə məsələyə bir daha baxmaları üçün petisiyalar ünvanlayırlar.
Müraciət edənlərdən biri İsrailin keçmiş generalı Maykı Ben-Yeir “EUobserver”ə müsahibəsində “Fələstinin varlığı İsrailin təhlükəsizliyinə və ərazi bütövlüyünə təhlükədir”, - deyə bildirib.
Aİ diplomatlarından biri İsrailin bundan sonra Aİ-nin qərarlarına qarşı daha tərəfsiz yanaşa biləcəyini qeyd edib. Aİ növbəti addım kimi bəzi sanskiyaları da tətbiq edə bilər. Lakin bu addımların böyük effekt verəcəyi gözlənilmir.
Aİ liderləri – Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya İsraildən fələstinli əhalinin yaşayış məkanlarına hücum etməməsini və dayandırmasını istəsə də, İsrail yenə də bu müraciətə əhəmiyyət vermir.
ABŞ İsrailin əsas qoruyucusudur. Lakin ABŞ-ın belə sülh cəhdlərini İsrail önəmli saymır.
“Biz indi amerikalıların növbəti addımlarını gözləyirik. Lakin keçmişə nəzər salsaq, görərik ki, keçmiş ABŞ prezidenti Bill Klinton İsrail-Fələstin məsələsini ikinci seçki dövrünə saxlamışdı. Çox güman ki, Barak Obama da eyni şeyi edəcək. O səbəbdən hələ 2015-2016-ci illəri gözləyək”, - deyə Aİ rəsmisi bildirib. /eunews.az


Şərhlər