Menu

Mülki ermənilərin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıb - Video

18.08.2023, 19:04
Mülki ermənilərin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıb - Video

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.

"Report" xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 8 nəqliyyat vasitəsi keçid edib.

Həmin nəqliyyat vasitələrinin içərisində 26 nəfər şəxs olub. Onlardan 3-ü BQXK-nin üzvü, 8-i sürücü, 11 nəfəri xəstə, 3 nəfəri müşayiətçi, 1 nəfəri isə tibb işçisidir.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol