Menu

Rusiya Çerniqova raket zərbəsi endrib - 6 nəfər ölüb, 42 yaralı var

19.08.2023, 14:26
Rusiya Çerniqova raket zərbəsi endrib - 6 nəfər ölüb, 42 yaralı var

Rus qoşunları Çerniqovun mərkəzinə hücum edib. 

“AzPolitika.info” xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Vyaçeslav Çaus “Teleqram”da yazıb.

İlkin məlumatlara görə, şəhərə ballistik raket atılıb. Zərbələr nəticəsində 6 nəfər ölüb, 42 nəfər yaralanıb. Çerniqovun mərkəzindən insanların təxliyəsi aparılır.

Hücumun nəticələrini əks etdirən videonu Ukrayna Prezidenti Vladimir Zelenski yayıb. O, zərbənin Politexnik Universiteti və teatrın ərazisinə endirildiyini açıqlayıb.

Bundan əvvəl Çerniqovda hava həyəcanı elan edilmişdi. Rusiya sərhədinə yaxın olduğu üçün Çerniqovda ballistik raketlərin uçuş müddəti bir dəqiqəyə yaxındır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol