Menu

Sərkisyan hökumət strukturunda dəyişiklik etdi

24.11.2014, 11:42
Sərkisyan hökumət strukturunda dəyişiklik etdi

Ermənistan lideri Serj Sərkisyan “Hökumətin strukturunda dəyişikliklər edilməsi haqqında” qanuna əlavə və dəyişiklikləri təsdiqləyib.

"Trend" xəbər verir ki, bu barədə “Armenianreport” dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qanun bir müddət əvvəl ölkə parlamenti tərəfindən qəbul edilmişdi.

Qeyd edək ki, bu qanunla Fövqəladə Hallar Nazirliyi ləğv edilərək Ərazilərin İdarə edilməsi Nazirliyi ilə birləşdirilir və Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar Nazirliyi yaradılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol