Menu

Ukrayna Türkiyəni İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə çağırıb

19.08.2023, 20:50
Ukrayna Türkiyəni İsveçin NATO-ya üzvlüyünü dəstəkləməyə çağırıb

Prezident Volodimir Zelenski Ukraynanın İsveçin NATO-ya daxil olmasını dəstəklədiyini açıqlayıb, xüsusən də alyansın üzvü olan Türkiyə ilə danışıqlarda bu məsələni qaldırıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri İsveçin baş naziri Ulf Kristerssonla danışıqlardan sonra mətbuat konfransında deyib.

Dövlət başçısı vurğulayıb ki, İsveç “NATO-nun xeyrinə tamamilə rasional seçim edib” və ukraynalıların seçimi də buna bənzəyir.

“Əminəm ki, dövlətlərimiz birlikdə Alyansda olacaq və təhlükəsizliyə, xüsusən də bu Baltik-Qara dəniz-Azov regionunda zəmanət verəcək”, - Zelenski əlavə edib.

O qeyd edib ki, Alyansdakı bütün tərəfdaşlarla danışıqlarda “biz İsveçin NATO-ya daxil olması üçün, o cümlədən Türkiyə ilə danışıqlarda daimi dəstəyə çağırırıq”.

“Mən cənab Ərdoğanla bu yaxınlarda keçirdiyim görüşdə NATO-da İsveçin lehinə arqumentlər söylədim. Biz bu işi gələcəkdə - İsveçin NATO-ya qəbulunda davam etdirəcəyik”, - Zelenski deyib.

Şərhlər

vetendash 2023-08-20 01:36:47

Global dunyada Turkiyeden basqa bir musleman dovleti tapilmadi ki bu sheytan sifet Isvec dovletini yerinde otuzdursun, indi de bu yumor ustasi bashindan boyuk daniwir....

Nazim Bayramov 2023-08-20 00:17:18

Ukrayna ilk növbədə İsveçdən terroru dəsdəkləməməsini xahiş etsin. Həmçinin Türkiyənin haqlı tələbini təcili və sözsüz yerinə yetirməsini tələb etsin. Bundan sonta Türkiyədən xahiş edə bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol