Menu

Kürdəmirdə tikinti materiallarının satışı bazarında yanğın olub

20.08.2023, 14:43
Kürdəmirdə tikinti materiallarının satışı bazarında yanğın olub

Kürdəmir rayonun Atakişili kəndində tikinti materiallarının satışı bazarının ərazisində taxta taralar 10 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, bazar ərazisi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol