Menu

Pakistanda terror aktı törədilib, 13 nəfər ölüb

20.08.2023, 13:00
Pakistanda terror aktı törədilib, 13 nəfər ölüb

Pakistanın şimal-qərbində törədilən terror aktı nəticəsində azı 13 nəfər ölüb, 2 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.

İnsident Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin karvanına zərbə endirmək niyyəti ilə yol kənarına bomba yerləşdiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol