Menu

Gürcüstanda koronavirusa yoluxma halları artıb

20.08.2023, 23:16
Gürcüstanda koronavirusa yoluxma halları artıb

“Gürcüstanda COVID-19-a yoluxma halları artır”. Bunu ökənin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.

Onun sözlərinə görə, son bir həftə ərzində orta hesabla gündə 300-ə qədər yeni COVID-19 hadisəsi müəyyən edilib.

“Bu o deməkdir ki, ölkədə COVID üzrə müayinə olunanların hamısının (gündə təxminən 4000 test) 7-8%-nin nəticəsi müsbətdir. Buna uyğun olaraq xəstəxanaya yerləşdirilənlərin sayı da artıb. Bununla belə, ölüm halları minimum səviyyədə qalır: ayda bir hadisə”, - deyə T.Tsertsvadze bildirib.

Qeyd edək ki, Gürcüstanda artıq koronavirusunun omikron ştammının EG.5 variantının yayıldığı ehtimal olunur, ancaq bu, rəsmi olaraq (laboratoriya) təsdiqlənməyib. (Mənbə: ekhokavkaza.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol